Qadının hamiləliyin qarşısını alan vasitələrdən istifadə etməsinin hökmü nədir?

Cavab 1: Nəzərəçarpacaq ziyanı olmasa və ərinin icazəsi ilə olsa, caizdir. İcazəsi olmasa, işkallıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar".c.2,s.167,171

 

Cavab 2: Ziyan vu qüsura səbəb olmasa caizdir. Lakin zəruri hal olmadıqca, ərindən icazəsiz işkallıdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Qadınlar üçün şəriət hökmləri",s.901,912

 

Cavab 3: Caizdir ki, qadın ona mühüm bir ziyanı çatmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etsin, istər əri bu işə razı olsun, istərsə razı olmasın.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",əlavə 70

В этом разделе