Uşağa hansı adları qoymaq tövsiyə olunur və hansı adlar bəyənilmir?

Cavab: Övlada Allaha bəndəlik ifadə edən adları (Abdullah, Əbdürrəhman və s.), əziz İslam peyğəmbərinin (s) və digər peyğəmbərlərin (ə), həmçinin Əhli-beytin (ə) adlarını, habelə Həmzə, Cəfər kimi adlar qoymaq müstəhəbdir.
Əhli-beyt (ə) düşmənlərinin adlarını qoymaq isə məkruhdur.
Ayətullahul-uzma Seyid Əli Sistani, "Qərbdə yaşayan müsəlmanlara fiqh",məs.576

 

В этом разделе