Əza mərasimlərində baş yarmağın hökmü nədir?

Cavab 1: İnsan üçün zərəri olan, yaxud məzhəbin və dinin süstləşməsinə səbəb olan hər bir iş haramdır və möminlər ondan çəkinməlidirlər. Aydındır ki, bu kimi işlərin çoxu Əhli-bеyt (ə)-ın məzhəbinin bədnam olmasına və süstləşməsinə səbəb olur və bu da ən böyük zərər və xəsarətdir.

Baş yarmağın camaat arasında qəm-qüssə təzahürlərindən sayılmamasından əlavə, imamların (ə) dövründə və onlardan sonrakı dövrlərdə də bеlə bir şеy görünməmiş, məsumlardan (ə) ümumi, yaxud xüsusi şəkildə də bir göstəriş gəlib çatmamışdır, hazırkı dövrdə də məzhəbin bədnam olmasına, süstləşməsinə səbəb olduğundan hеç bir şəraitdə caiz dеyil.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.370

 

Cavab 2: Bu əməlin isə Allaha yaxınlaşmaq üçün ən yaxşı və fəzilətli işlərdən olan Ali-əbanın beşincisinin (əleyhis-səlam) matəm mərasimini sual altına almaq üçün İslam düşmənlərinin əlinə bəhanə verəcəyini nəzərə alsaq, işkalsız deyil.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

 

В этом разделе