Cəfəri-Təyyar namazı necə qılınır?

Cavab: Bu müstəhəbbi namaz 4 rəkətdir, 2 dənə 2 rəkətli namaz kimi qılınır. Hər rəkətdə Həmd və Surə oxuduqdan sonra rükuya getmədən əvvəl 15 dəfə təsbihati-ərbəə* zikri oxunur. Rükuda rükunun zikrini söylədikdən sonra bu zikr 10 dəfə deyilir. Rükudan qalxdıqdan sonra (qiyam halında) bu zikr yenə 10 dəfə oxunur. Daha sonra 2 səcdədə və səcdələr arasında oturarkən zikr 10 dəfə oxunur. İkinci səcdədən qalxıb oturduqdan sonra yenə 10 dəfə oxunur. Digər rəkətlər də eynilə bu cür qılınır.

*Təsbihati-ərbəə zikri belədir: "Subhanəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"

Ayətullahul-uzma Seyid Əli Sistaninin ofisi

 

В этом разделе