Cavab: Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir.
Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbdir.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs. 1499