Müstəhəbb namazı camaatla qılmaq olarmı?

Cavab 1: Müstəhəbb namazları camaatla qılmaq səhih deyil. İstisqa (yağış istəmək) namazı istisnadır.

İmamın (ə) qeybi dövründə bayram (fitr və qurban) namazları müstəhəbdir. Vəliyyi-fəqih tərəfindən icazəli olan nümayəndələr üçün bayram namazı qılmaq caizdir. Həmçinin, onun tərəfindən qoyulan imam camaatlar üçün də bayram namazını (camaatla) qılmaq caizdir. Onlardan qеyrisində isə, еhtiyat budur ki, fürada (tək) qılsınlar, amma camaatla qılmağın şəriətdə gəlməsi niyyəti ilə yox, rəcaən (Allaha yaxınlaşmaq niyyəti ilə) qılınmasının еybi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.632,634/dəftərxana/"Təhrirul-vəsilə",camaat namazı babı

Cavab 2: İstisqa (yəni yağış yağmağı istəmək) namazından başqa, digər müstəhəbb namazları camaatla qılmaq olmaz. Əvvəlcə vacib olub sonradan müəyyən səbəbə görə müstəhəbb olan namazlar da, məsələn, İmam (əleyhissalam)-ın hüzuru zamanında vacib olan, onun qeybə çəkilməsi vasitəsilə (indiki dövrdə) müstəhəbb olan fitr və qurban bayramlarının namazı kimi istisqa namazı hökmündədir (yəni camaatla qılmaq olar).

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1415

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1232

Cavab 3: Müstəhəbb namaz ehtiyata əsasən heç bir şəkildə camaatla qılına bilməz. Amma yağış yağması üçün qılınan istisqa namazı camaatla qılına bilər. Həmçinin vacib olub, sonradan başqa bir səbəbə görə müstəhəbb olan bir namazı məsələn; Həzrət İmamın (ələyhis-səlam) dövründə vacib olub, o Həzrət qeyb olduqdan sonra müstəhəbb olan Fitr və Qurban bayramı namazlarını camaatla qılmaq caizdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1387

 

В этом разделе