Musiqinin hökmü nədir?

Cavab 1: Camaatın nəzərində ləhv (puç, faydasız, oynadıcı, batil), еyş-işrət və kеf məclisləri ilə münasib olan hər bir musiqi haramdır, istər klassik olsun, istərsə də qеyrisi. Mövzunun ayırd еdilməsi mükəlləfin ürfi nəzərinə həvalə еdilir. Əgər musiqi bеlə olmazsa öz-özlüyündə haram dеyil.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.40

Cavab 2: Hansı tərzdə ifa edilməsindən asılı olmayaraq, istər ənənəvi klassik tərzdə olsun, istər ləhv və əyləncə tərzində olsun, musiqi alətlərində ifa etmək, qulaq asmaq və musiqi ifa olunan toplantılara iştirak etmək haramdır və kəbirə (böyük) günahlardan hesab olunur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Cavab 3: Ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun olan musiqilər haramdır, bundan qeyrisinin eybi yoxdur.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 4: Camaatın (ürfün) musiqi bildiyi hər bir şeyi dinləmək, bəstələmək, öyrənmək, öyrətmək və onun alətlərini satmaq (qəti şəkildə) haramdır.
Ayətullahul-uzma Şeyx Safi Qolpayqani, İstiftaat

Cavab 5: Eyş-işrət məclislərinə uyğun olan, yəni dinləyicisinin (xüsusən, bu məsələlərdən agah olduğu zaman) eyş-işrət məclislərində ifa olunduğunu ayırd etdiyi musiqi haram musiqi hesab olunur. "Eyş-işrət məclisi" deyərkən ehtiras və kef üçün təşkil olunan bir məclis nəzərdə tutulur. Hərçənd, bu məclisdəki kef şərab içmək, qadınlarla kişilərin şəriətə uyğun olmayan qaydada qaynayıb-qarışması kimi haram işlərlə müşayiət edilməsə belə, eyş-işrət məclisi sayılır. Beləliklə, bu növ məclislərə uyğun olan musiqini çalmaq və dinləmək hərçənd adi məclisdə çalınsa, yaxud fərdi şəkildə dinlənilsə belə, haramdır. İnsan bir musiqinin eyş-işrət musiqisi olub-olmaması xüsusunda şəkkə düşərsə, eyş-işrət və eyş-işrət musiqisi anlayışlarının tərifini bilən şəxs üçün ona qulaq asmaq haram deyil, ancaq ehtiyata ziddir.

Halal musiqi - eyş-işrət məclislərinə uyğun olmayan musiqidir. Məsələn, ürfdə (insanların nəzərində) həmin məclislərə uyğun hesab edilməyən hərbi marş, əzadarlıq mərasimlərində təbil və sinc çalmaq bu qəbildəndir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.2228-2231


В этом разделе