Cavab: İslam mənbələrində "qardaşlıq əqdi" haqqında məlumat verilir. Bunun üçün ən münasib gün zil-hiccə ayının 18-i- Qədir-xum bayramı günüdür. Mərhum Hacı Nuri "Müstədrəkul-vəsail"də qeyd edir:
Qardaşlıq əqdini bağlamaq üçün öz sağ əlini (əqd bağlamaq istədiyin) qardaşının sağ əlinin üzərinə qoyaraq de:
اخَیْتُکَ فِى اللهِ، وَصافَیْتُکَ فِى اللهِ، وَصافَحْتُکَ فِى اللهِ، وَعاهَدْتُ اللهَ وَمَلائِکَتَهُ وَکُتُبَهُ وَرُسُلَهُ وَاَنْبِیآئَهُ، وَالاَْئِمَّةَ الْمَعْصُومینَ عَلَیْهِمُ السَّلامُ، عَلى اَنّى اِنْ کُنْتُ مِنْ اَهْلِ الْجَنَّةِ وَ الشَّفاعَةِ، وَاُذِنَ لى بِاَنْ اَدْخُلَ الْجَنَّةَ، لا اَدْخُلُها اِلاّ وَاَنْتَ مَعى
"Mən səninlə Allah rzası üçün qardaşlıq əlaqəsi qururam. Əlimi səninlə Allah rzası üçün sıxıram. Mən Allah, onun mələkləri və kitabları, onun peyğəmbələri (ə) və imamları (ə) qarşısında vəd verirəm ki, əgər mən cənnət əhli olsam və mənə şəfaət haqqı verilsə, mənə cənnət bağlarına daxil olmaq izni verilsə, səninlə birlikdə girməmiş girməyəcəm".
Bundan sonra o desin:
قَبِلْتُ
"Qəbul edirəm".
Sonra isə sən de:
اَسْقَطْتُ عَنْکَ جَمیعَ حُقُوقِ الاُْخُوَّةِ، ما خَلاَ الشَّفاعَةَ وَ الدُّعآءَ وَ الزِّیارَةَ
Mən səndən bütün qardaşlıq vəzifələrini götürürəm, lakin şəfaət, dua və ziyarətə gəlməkdən başqa".
Bu əqdin bağlanmasından sonra həmin iki şəxs mənəvə qardaş sayılacaqlar. Lakin məlum olduğu kimi qardaşlıq haqları ağır olduğundan qoy onlar bir-birinin üzərindən yuxarıda sadalan haqlar istisna olmaq digər haqları götürsünlər.
"Məfatih nəvin",səh.871
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi