Kişi və qadın namazda bədənin hansı hissələrini örtməlidirlər?

Cavab: Kişi namaz halında onu bir kəs görməsə də övrəteynini örtməlidir. Ən yaxşısı odur ki, göbəkdən dizə kimi örtsün.

Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. Ehtiyat vacib odur ki, bədənini özündən də örtsün. Belə ki, əgər çadraya bürünsə, amma özü öz bədənini görsə, işkallıdır. Amma üzünü, əllərini biləyə kimi və ayaqlarını topuğuna kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün.

 

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.776-777

В этом разделе