Namaz qılan kişinin ipək geyinməsi haramdırmı? Cibində ipək dəsmal da olsa namazı batil olar?

Cavab: Namaz qılan kişinin paltarı xalis ipəkdən olmamalıdır. Həmçinin, vacib ehtiyata əsasən, araqçın və şalvarının kəməri (bağı, qayış) də ipəkdən olmamalıdır. Namazdan qeyri vaxtlarda da xalis ipəkdən olan paltar geyinmək kişiyə haramdır.

İpəkdən olan dəsmal və bu kimi şeylərin kişinin cibində olmasının eybi yoxdur və namazı da batil etməz.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.843

В этом разделе