Qadın namazı uca səslə qıla bilərmi?

Cavab 1: Qadın sübh, məğrib və işa namazlarının Həmd və surəsini ixtiyari olaraq ucadan və astadan oxuya bilər. Lakin səsini naməhrəm eşidəcəksə, yaxşı olar ki, astadan oxusun.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.471

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.1003

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.906

Cavab 2: Qadın sübh, məğrib və işa namazlarının Həmd və surəsini həm ucadan (cəhr ilə), həm də astadan (ixfatla) oxuya bilər. Naməhrəm onun səsini eşidəcəyi təqdirdə, vacib ehtiyata əsasən, astadan (ixfatla) oxumalıdır. Lakin səsini naməhrəmə eşitdirməyin qadına haram olduğu surətdə, məsələn, qiraəti sözdə xüzu ilə və zəif səslə oxusa və naməhrəm onu eşitsə, ucadan oxuması caiz deyildir. Əgər (belə) oxusa, namazı batildir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1003

Cavab 3: Qadın sübh, məğrib və işa namazlarının Həmd və surəsini həm ucadan, həm də alçaqdan oxuya bilər. Amma əgər naməhrəm onun səsini eşitsə və bir surətdə ki, səsini naməhrəmə eşitdirmək ona haram olsa, ehtiyata əsasən gərək alçaqdan oxusun. Əgər qəsdən ucadan oxusa, ehtiyata əsasən namazı batildir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.981

 

В этом разделе