Cavab 1: Başdan və sinədən gələn bəlğəmi ağız boşluğuna daxil etmədən (boğaz yolu ilə) udmaq orucu batil etmir. Lakin əgər ağız boşluğuna çatsa, vacib ehtiyata görə onu udmaq olmaz.
Ayətullahul-uzma Seyid Əli Xameneyi,"Orucun hökmləri",məs.82
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani,"Tovzihul-məsail",məs.1588
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi,"Şəriət hökmlərinin izahı",məs.1341
Cavab 2: Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Amma ehtiyat-müstəhəbb budur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1560