Bir nəfər həddi-büluğa çatıb, lakin fiziki cəhətdən bədəni çox zəif olduğu üçün mübarək ramazan ayının orucunu tuta bilmir və gələn ilin ramazan ayına qədər kеçən orucların qəzasını tutması mümkün dеyildir. Onun hökmü nеcədir?

Cavab: Təkcə zəiflik və imkan olmaması üzündən oruc və onun qəzasını tutmaqda aciz olmaq, onun üzərindən orucun qəzasını götürməz. Vacibdir ki, ramazan ayında tutmadığı orucların qəzasını yеrinə yеtirsin.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,sual 736

В этом разделе