Cavab: İnsan aclıq və susuzluq qarşısında dözülməz bir hala gəlib çıxdığı xəstəlik səbəbindən oruc tutmağa taqəti olmasa və yaxud bu iş onun üçün çox çətin olsa, belə şəxsə oruc tutmaq vacib deyil. Lakin, hər gün üçün, qabaqdakı məsələdə deyildiyi kimi, bir müdd (750 qm) yemək kəffarə verməlidir və yaxşı olar ki, belə şəxs zərurətdən çox su içməsin. Əgər sonradan qəzasını tuta bilərsə, vacib ehtiyata görə, qəzasını tutmalıdır.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1452