Boynunda orucun kəffarəsi olan şəxs 60 gün oruc tutmaqda və yaxud fəqirə təam verməkdə ixtiyar sahibidirmi? Yoxsa mümkün olan halda oruc tutmalıdır?

Cavab: Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs ya iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən dörddə üç kiloqram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir (Yəni bunlardan hər hansı birini seçməkdə ixtiyar sahibidir).

Amma boynunda "cəm kəffarəsi" olan şəxs bunların hamısını yerinə yetirməlidir.

Qeyd: Bir şəxsin boynunda cəm kəffarəsinin vacib olması ehtiyata əsasəndir.

Ayətullahul-uzma Şeyx Fazil Lənkərani, "Tovzihul-məsail",məs.1727;1732

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1401;1405

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1668;1673

 

В этом разделе