Cavab 1: Səhih deyildir. İftar və namazın vaxtı - məğrib (şərq tərəfdə yaranan qırmızılığın çəkilməsi) vaxtıdır. Günəşin qürubu vaxtı iftar etmək səhih deyildir.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.744
Cavab 2: Vacib ehtiyata əsasən, məğrib namazı (iftar) Günəşin dairəsinin batmasından sonra, məşriq (günçıxan) tərəfdən əmələ gələn qırmızılıq insanın başı üzərindən (günbatana tərəf) keçənə qədər təxirə salınmalıdır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.741
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.722
Cavab 3: Günəş üfüqdə itdikdən sonra qürub başlayır. Ehtiyat budur ki, insan günəşin qürubundan sonra başı üzərində yaranmış qızartının ötüb keçməsini gözləsin.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi "Şəriət hökmlərinin izahı",məs.675