Oruc tutan şəxsin iynə vurdurması yaxud sistem köçürməsi icazəlidirmi?

Cavab 1: Ehtiyat-vacibə görə oruc tutmuş şəxs dəri altına vurulan qüvvətləndirici və qidalandırıcı iynələrdən, damara vurulan hər növ iynədən və damara köçürülən hər növ sistemdən istifadə etməməlidir. Amma dəri altına vurulan müalicəvi iynələrdən, həmçinin bədənin hansısa bir nahiyəsini keyləşdirmək üçün istifadə edilən iynələrdən istifadə etməyin maneəsi yoxdur.

Ehtiyat-vacibə görə istər qidalandırıcı və qüvvətləndirici, istərsə də müalicəvi və bu kimi başqa təsirləri olan sistemlərdən istifadə etməməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi,"Orucun hökmləri",məs.189-190

Cavab 2: İynə vurdurmaq və sistem köçürmək orucu batil etmir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1584
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1556

Cavab 3: Əzələyə vurulmalı olan hər bir növdən olan iynələr və yaxud gücləndiricilər, eləcədə vaksinlərin vurulmasıın oruc tutan üçün heç bir manesi yoxdur.Lakin damara vurulan iynə və seromların vurulması caiz deyildir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1339

В этом разделе