Cavab 1: Qadının heyz müddəti 3 yerə bölünür: Əgər kişi özünün heyz halında olan qadını ilə yaxınlıq etsə, vacib ehtiyata əsasən, onun birinci hissəsində (yaxınlıq etmişsə) 3.6 qram qızıl, ikinci hissədə (yaxınlıq etmişsə) 1.8 qram, üçüncü hissədə (yaxınlıq etdikdə isə) 0,9 qram qızıl fəqirə kəffarə verməlidir. Məsələn, altı gün heyz qanı görən bir qadının əri, birinci və yaxud ikinci günün gündüz, ya gecəsində onunla cima edərsə, 3.6 qram qızıl, üçüncü və dördüncü günün gündüz və gecəsində yaxınlıq edərsə 1.8 qram, beşinci və altıncı günün gündüz və gecəsində cima etdikdə isə 0.9 qram qızıl verməlidir.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. Yaxşı olmasına baxmayaraq kəffarə vacib deyil.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.458
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.439
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.450