Heyz halında olan qadın hüseyniyyə, namazxana, yas mərasimlərinin təşkil olunduğu və s. kimi yerlərə gedə bilərmi?
Cavab: Hüseyniyyə və yas mərasiminə getməyin eybi yoxdur. Amma məsciddə dayanmamalı, məscidə bir şey qoymamalı, Məscidül-Haram və Məscidün-nəbiyə girməməlidir.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası