Cavab: Caizdir ki, qadın ona mühüm bir ziyanı çatmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etsin, istər əri bu işə razı olsun, istərsə razı olmasın.
Caizdir ki, qadın ona mühüm bir zərəri olmadığı təqdirdə hamiləliyin qarşısını alan cihazlardan və sair kimi şeylərdən istifadə etsin. Amma əgər onun fərcinə bu kimi cihazların qoyulması baxılması haram olan yerlərə nəzər salmağa bağlıdırsa, yaxud ləms etmək halal olmayan yerlərə ləms etməyini lazım tutursa bu işin ərindən başqası tərəfindən yerinə yetirilməsi caiz deyildir. Amma zərurət halı bundan istisna olunur, məsələn, uşaq sahibi olmağın onun üçün zərəri olarsa. Bu o haldadır ki, həmin cihazın nütfəni mayalandıqdan sonra məhv etməsi məlum olmasın. Əgər məlum olarsa əhvət onun tərk edilməsidir.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",əlavə,70-71