Bir nəfər həddi-büluğa çatmış, lakin qüslun vacib olmasını, kеyfiyyətini bilməmiş, iyirmi yaşına çatana kimi bir müddətdə təqlid məsələlərindən, qüslun vacib olmasından agah olmamışdır. Onun bu dövrdəki oruclarının, namazlarının hökmü nədir?

Cavab: Cənabət halında qıldığı bütün namazları qəza etməlidir.

Oruclarına gəldikdə isə əgər yuxuda möhtəlim olmaq və s. yolla cünub olmasından (sperma xaric olmasından) xəbərdar olsa, lakin oruc üçün qüsul etməsinin vacib olduğunu bilməsə, oruclarını qəza etməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",c.1,s.194

В этом разделе