Cavab:
Yeddi şey dəstəmazı batil edir:
1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl (nəmlik) də bövl hökmündədir.
2. Ğait (nəcis).
3. Mədə və bağırsaqdan gəlib ğaitin məxrəcindən (arxadan) çıxan yel.
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
6. İrəlidə açıqlanacağı kimi, qadınların istihazə halları.
7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.
Ayətullahu-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.322