Bir şəxs təqlid etdiyi müctəhidin ehtiyat etməyi vacib buyurduğu bəzi hallarda ələmlik dərəcəsini gözləməklə başqa fəqihə müraciət edib. Hazırda o fəqih vəfat edib. Hansı ehtiyatlarda o fəqihin fətvalarına müraciət etməyə icazə verilir?

Cavab 1: Mükəlləf  bütün vacib olan ehtiyatlarda o mərhumun fətvalarına müraciət edə bilər.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Cavab 2: Yalnız həmin müctəhidin sağlığında üdul etdib əməl etdiyi ehtiyatlarda o müctəhidin fətvalarına təqliddə qala bilər. Digər məsələlərdə isə vacib ehtiyat buyurulan məsələlərdə diri müctəhidə (ələmlik dərəcəsini gözləməklə) müraciət edə bilər.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

 

 

В этом разделе