Hal-hazırda ələm müctəhidi müəyyən etmək asan deyil. Bunun iki mühüm səbəbi vardır: Birincisi, hazırkı nəsil müctəhidlər uzun müddət mərhum mərcələr- Ayətullah Xoyi (r.) və Ayətullah Xomeyni (r.) tərəfindən kölgələnmişlər. Allah-Təala mərhum Xoyiyə (r.) həqiqətən uzun ömür vermişdir ki, o, 3 nəsil müctəhidlər yetişdirmişdir.
İkincisi, şiə dünyası hazırda o qədər müctəhidə malikdir ki, onlardan ələmi seçmək çətinləşmişdir. Bu, bizə Allahın bir rəhmətidir ki, şükr edilməlidir. Aşağıda şiə fiqhində mütəxəsis olan şəxslər tərəfindən mərcəliyi tanınmış müctəhidlərdən bəzilərinin adlarını qeyd edək:
Ayətullah Seyid Sistani
Ayətullah Vəhid Xorasani
Ayətullah Seyid Xameneyi
Ayətullah Məkarim Şirazi
Təqlidin fərdi məsələ olduğunu nəzərə alaraq, əliniz çatan iki alimə müraciət etmənizi və onların sözlərini nəzərə alaraq seçim etmənizi tövsiyə edirəm.
Lakin Ayətullah Xomeyninin (r.) banisi olduğu İslam İnqilabı və "vilayəti-fəqih" nəzəriyyəsi mərcəiyyət məsələsində yeni baxış ortaya qoymuşdur.
Sonda onu qeyd etmək istəyirəm ki, hər hansı mərceyi-təqlidi bütün məsələlərdə təqlid etmək olar. Lakin mərcələr siyasi məsələlərdə və dünyadakı İslami hərəkətlarla bağlı sükut etdikdə və ya nəzər irəli sürmədikdə, vəliyyi-fəqihi təqlid etmək olar, bu məsələlərdə ən uyğunu odur. Vəssalam.
Seyid M. Rizvi
/al-islam.org/