Nə üçün suallara cavab verərkən ayə və hədisləri dəlil olaraq göstərmir və qısa olaraq cavab verməklə kifayətlənirik?

»»

Nə üçün suallara cavab verərkən ayə və hədisləri dəlil olaraq göstərmir və qısa olaraq cavab verməklə kifayətlənirik?

Bəzən əziz müsəlman qardaş-bacılardan belə suallar daxil olur ki, nə üçün saytın idarə heyəti suallara cavab verərkən və fətvaları yerləşdirərkən ayə və hədislərdən dəlil gətirmir?

Suala cavab olaraq bildiririk ki, müsəlman şəxs ilk növbədə "üsuliddin"də yəqinə çatmalı və dəlil-sübutla öz əqidəsini müəyyənləşdirməlidir. Lakin şəriət hökmlərini əldə etmək xüsusi bilik və bacarıqlar tələb etdiyindən, cəmiuş-şərait müctəhidə təqlid etməlidir.

Fəqihlərin risalələrində minlərlə fətva olur. Bu fətvaların hər birinin təbii ki, dəlil-sübutu mövcuddur və həmin müctəhid də bunu öz ali fiqh dərslərinə izah edir. Lakin bu dəlilləri başa düşmək adi camaat üçün qeyri-mümkündür. Bunun üçün din tələbəsi olmaq zəruridir. Lakin təsəvvür edək ki, müctəhid risaləsində hər məsələnin altında onun dəlillərini bəyan edir. Bu halda həmin risalə cild-cild kitablara və adi camaat üçün istifadəyə yararsız çətin hala çevrilər!

Siz əzizlərin suallarına cavab yazan şəxslər də müqəlliddirlər, yəni ictihad əhli deyillər və özləri təqlid edirlər. Suallara cavab vermək üçün sizin qeyd etdiyiniz müctəhidin kitabına, bəzi hallarda dəftərxanasına müraciət edib cavab alırlar. Belə isə bizdən dəlil sübut tələb etmək də bir o qədər də yerinə düşmür.

Digər bir irad isə ondan ibarətdir ki, digər məzhəblərin alimləri və ruhaniləri adi camaata cavab verərkən dəlil-sübutlar təqdim edirlər;

Məsələ orasındadır ki, adi camaat onların təqdim etdikləri dəlillərin nə dərəcədə mötəbər olmasını ayırd edə bilməzlər. Bu səbəbdən də bəzi şəxslər guya özlərini "haqq" olaraq təqdim etmək üçün müəyyən ayə və hədisləri öz xeyirlərinə istifadə etməyə çalışırlar. Lakin həmin əqidədə olan digər bir alimin bu birinin iddialarını rədd etdiyini bir balaca araşdırma aparmaqla müəyyən etmək mümkündür.

Siz əzizlərə təklifimiz bundan ibarətdir ki, sizə maraqlı gələn məsələ barəsində saytın əsas səhifəsinin aşağı hissəsindəki "Bizimlə əlaqə" formasından istifadə etməklə bizə həmin mövzu barədə məlumat verin. Biz də Allah-Təalanın izni ilə bu mövzunu "Məqalələr" bölməsində işıqlandırmağa çalışarıq.

Рейтинг

В этом разделе