Bir firqə vardır ki, özlərinə “Əliallahı” adı vеrmişlər. Onlar bеlə hеsab еdirlər ki, Əmirəl-möminin Əliyyibni Əbu Talib (ə) Allahdır. Bu şəxslər oruc-namaz yеrinə raz-niyaza, duaya iman gətirirlər. Bu halda onlar nəcisdirlərmi?

Cavab 1: Əgər o firqə Əmirəl-möminin Əliyyibni Əbu Talib (ə) Allah olmasına еtiqad bəsləyirlərsə, onların hökmü əhli-kitabdan qеyriləri olan qеyri-müsəlmanların hökmüdür. Yəni kafir və nəcisdirlər.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.318

Cavab 2: Qulat (qalilər), yəni imamlardan (ə) birini Allah adlandıran, yaxud Allahın onların vücudunda təcəlla etdiyini söyləyən şəxslər kafir və nəcisdirlər.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.107

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.124

Cavab 3: Həzrət Əli (ə) və digər imamlara münasibətdə ifrata varan, yəni onları Allah sayan və ya Allaha məxsus sifətləri onlara aid edən kəs kafirdir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.120

В этом разделе