Haram yolla cünub olmuş şəxsin tərin nəcisdirmi? Bu halda namaz qılmaq olmazmı?

Cavab 1: Haram yolla cünub olanın təri pakdır. Amma vacib ehtiyata əsasən belə bir tərlə nəmlənmiş bədən və ya libasla namaz qılınmamalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.117

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.131

Cavab 2: Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.118

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.114

 

В этом разделе