Nəcasət hansı yollarla sübut olunur?

Cavab: Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar:

1) Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu zənn (güman) edərsə, ondan çəkinməsi lazım deyildir. Buna görə murdar və paklığa riayət etməyən , bu kimi məsələlərə laqeyd olan adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur.

 

2) Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, arvadı, nökəri, külfəti öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) nəcis olduğunu söyləsə, o şey nəcisdir.

 

3) İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan, ya bövlə dəyməsindən nəcis olmasını desələr. Əgər bir adil, yaxud etibarlı sayılan bir kişi xəbər versə və onun sözündən xatircəmlik hasil olmasa, ehtiyat vacib odur ki, o şeydən çəkinsinlər.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.115

В этом разделе