Cavab 1: Əgər kürr suya birləşən kran suyu nəcis olmuş paltar və xalçanın hər yerinə çatsa və nəcasətin eyni təmizləndikdən sonra su paltar və xalçaya hopub hərəkət etsə, paltar və xalça pakdır. Sidiklə murdarlandıqda da bir dəfə yuyulması ilə pak olar. Sidik ilə nəcis olmuş bir şeyə gəlincə, əgər nəcasətin eyni təmizləndikdən sonra qəlil suyu iki dəfə nəcis olmuş yerə töksələr, pak olar, amma tökülən su ondan ayrılmalıdır. Əgər sıxıla bilən əşya (məsələn, paltar və ya ədyal) olsa, su ondan ayrılsın deyə, sıxılmalıdır.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Əgər nəcis bir şey kürr və ya axar suya bir dəfə batırılsa və su, nəcis yerlərin hamısına dəysə, pak olar. Xalça, palaz, paltar və s. kimi şeyləri sıxmaq yaxud (şvabra və s. ilə) sürtmək ya da tapdalamaq lazımdır. Paltar və bu kimi şeylər sidik ilə murdarlandıqda kürr, yaxud axar suda bir dəfə yumaq kifayətdir.
Sidiklə murdarlanmış bir şeyi az su ilə yumaq istədikdə, üzərinə bir dəfə su axıdılsa və su ondan ayrılsa, o şeydə ayrılan suda sidik qalmadığı surətdə ikinci dəfə üzərindən su axıdıldıqda pak olar. Lakin paltar, palaz və xalça kimi şeylərdə isə hər dəfə su axıdıldıqdan sonra sıxılma və s. yollarla ğusaləsi çıxarılmalıdır. (Ğusalə adətən, bir şeyi yuyan zaman, yaxud yuyandan sonra o şeydən öz-özünə və ya onu sıxmaq və bu kimi əməllə ayrılan suya deyilir).
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.160
Cavab 3: Murdar şeydən murdarın əslini təmizləmək üçün onu kürr və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr və ya axar suya salsalar, paklanar. Amma xalça, libas və bu kimi şeyləri paklamaq üçün onları sıxıb suyunu xaric etmək lazımdır. Sidiklə murdarlanmış şeyi paklamaq üçün onu az su ilə iki dəfə, kürr və axar su ilə bir dəfə yumaq kifayatdir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.181
Cavab 4: Nəcis bir şey, (nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə), kürr və axar suya bir dəfə salınarsa, pak olar. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq, tapdalamaq lazım deyil. Amma bədən və ya paltar sidik ilə nəcis olmuşdursa, ehtiyat-vacibə görə kürr suda iki dəfə yumaq lazımdır. Amma axar suda bir dəfə yumaqla pak olur.
Sidik ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə sidik qalmazsa, pak olur. Amma paltar və bədənin pak olmaları üçün gərək onların üzərinə iki dəfə su töksünlər. Ancaq libas, xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün sıxılması lazımdır. (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-özünə və ya sıxılmaq nəticəsində, adi şəkildə ayrılan suya deyilir).
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.153-154