Cavab 1: Əgər eyni-nəcasət aradan getdikdən sonra kür suya bağlı olan paltaryuyan maşındakı paltarın hər yerinə bu su çatsa və su maşının içini tamamilə əhatə etsə, bu paltarlar pak olar. Eyni şəkildə az su ilə maşın paltarları 2 dəfə yuyarsa, pak olar.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Paltarları bir neçə dəfə yuyub suyunu sıxan avtomat paltaryuyan maşınlar vasitəsilə yuyulan paltarlar pakdır. İstər paltarları yuyarkən borulardan gələn suya birləşmiş olsun, istər su kəsiləndən sonra yumağa başlasın.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
Cavab 3: Yumanın şərtləri (sidik ilə nəcis olan paltarların nəcisin maddəsi aradan gedəndən sonra saf su ilə iki dəfə yaxalanması və qeyri-sidik ilə nəcis olanların bir dəfə yaxalanması kimi şərtlər) varsa paltarları paklamaq üçün müasir paltaryuyan maşınlardan istifadə etmək olar.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası