Cavab: Su dörd şərt daxilində nəcis bir şeyi pak edir:
1) Su mütləq olsun; Deməli, gülab və söyüd suyu kimi qarışıq su nəcis şeyi pak etməz.
2) Pak olsun.
3) Onunla nəcis bir şeyi yuyan vaxt su müzaf olmasın və o yuyulmaq ki, ondan sonra təkrar yumaq lazım olmayacaq gərək suyun iyi, rəngi və dadı nəcasətin vasitəsilə dəyişməmiş olsun. Həmin yuyulmadan qeyri hallarda suyun (iyi, rəngi və dadının) dəyişilməsinin eybi yoxdur. Məsələn: O şey ki, onu iki dəfə yumaq lazımdır, birinci dəfə yuyulanda suyun iyi, rəngi, dadı dəyişsə belə, ikinci dəfə (iyi, rəngi, dadı) dəyişilməyən bir su ilə yusalar, pak olar.
4) Nəcis bir şeyi suya çəkəndən sonra, nəcisin eyni onda olmasın. Nəcis bir şeyin az su (kürrdən az) ilə pak olmasının digər şərtləri də var ki, risalələrdə ətraflı açıqlanıb.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.143
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.150