Cavab 1: Yemək yeməyə başlamamış südəmər oğlan uşağının bövlü ilə murdarlanmış bir şeyin üzərinə bütün nəcis yerləri əhatə edəcək şəkildə su axıdılmaqla pak olar. Lakin müstəhəbb-ehtiyat budur ki, onun üzərindən təkrarən bir dəfə də su axıdılsın. Paltar, palaz, xalça kimi şeyləri sıxmaq da lazım deyildir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.162
Cavab 2: Bir şey yeməyə başlamamış südəmər körpənin sidiyi ilə murdarlanarsa həmin şeyin üzərinə bir dəfə su axıtmaq onu paklayar. Belə bir sidiklə murdarlanmış libas, xalça və bu kimi şeyləri sıxmaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, iki dəfə su axıdılsın.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.183
Cavab 3: Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd su az da olsa, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dəfə də üzərinə su töksünlər. Libas və xalça kimi şeyləri sıxmaq lazım deyil.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.155