Namaz qılanın məkanının hansı şərtləri var?

Cavab: Namaz qılanın məkanının yeddi şərti vardır:
1. Vacib ehtiyata əsasən mübah olmalıdır.
2.  Vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta lazım-ehtiyata əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır.
3. Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır.
4. Namaz qılanın (yerin) tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır.
5. Namaz qılanın yeri nəcisdirsə, namazı batil edən nəcislərdəndirsə bədən və ya libasına yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, namazı batildir.
6. Lazım ehtiyat olaraq qadın (namazda) kişidən dalda dayanmalıdır. Qadının səcdə etdiyi yer, heç olmazsa, kişinin səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər arxada olmalıdır.
7. Namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarının başından dörd bağlı barmaqdan çox alçaq, ya uca olmasın.
Qeyd: Bu şərtlərin təfsilatı əməliyyə risalələrində geniş şəkildə izah olunur.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri"

В этом разделе