Namaz qılmaq üçün ən savablı məkanlar haradır?

Cavab: Müqəddəs İslam şəriətində namazı məsciddə qılmağa dair çox tövsiyələr olunmuşdur. Bütün məscidlərdən üstünü Məscidul-həramdır. Ondan sonra Peyğəmbər (s.ə.v.v.) məsciddidir, ondan sonra Kufə məscidi, sonra Beytul-müqəddəs məscidi, sonra hər şəhərin came məscidi və sonra məhəllə məscidi və ondan sonra isə bazar məscidi yaxşıdır.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məslələri",məs.880

В этом разделе