Dünyasını dəyişmiş müctəhidə təqliddə qalmaq olarmı?

Cavab 1: Vəfat etmiş müctəhidin təqlidində qalmaq hər bir halda caizdir. Amma ələm olan ölü müctəhidin təqlidində qalmaq ehtiyatı tərk edilməsin.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.35

Cavab 2: Şəxsin təqlid etməyə vəzifəli olduğu müctəhid dünyasını dəyişsə, bu halda diri bir müctəhidin dünyasını dəyişmiş müctəhiddən ələm olması o şəxs üçün sübuta yetsə, qarşıya çıxan məsələlərdə ölü müctəhidlə diri müctəhidin fətvaları arasında ixtilaf olmasını ümumi (icmali) şəkildə olsa belə bilsə, diri müctəhidə təqlid etməsi vacibdir.

Amma əgər ölü müctəhidin ələm olması onun üçün sübuta yetərsə diri müctəhidin ələm olması onun üçün sübuta yetməyincə ölü müctəhidin fətvasına əməl etməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.9

Cavab 3: Əgər onun sağlığında müməyyiz olubsa,ona təqlid edə bilər. Bundan başqa hallarda,ehtiyata əsasən,caiz deyil.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncaninin dəftərxanası

Cavab 4: Əgər insanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, ona təqlidi davam etdirmək olar. Həmin müctəhid daha elmli olduqda təqlidi davam etdirmək vacibdir. Bir şərtlə ki, bu işdə onun fətvasına əməl etmiş olsun.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.10

Cavab 5: Əgər insanın təqlid etdiyi müctəhid dünyadan köçərsə, vəfatından sonra da dirilik hökmünü daşıyır. Buna görə, əgər o, diri olan müctəhiddən ələm imişsə, ehtiyac duyulan məsələlərdə hətta müxtəsər olsa belə, fətva fərqləri olduğu təqdirdə vəfat etmiş müctəhidə təqlid etməkdə baqi qalmalıdır. Amma diri müctəhid ondan ə’ləm olarsa, diri müctəhidə təqlid etməlidir. Əgər onların hansının ə’ləm olması mə'lum olmasa, yaxud bərabər olsalar, öz əməlini hansı birinin fətvasına uyğun yerinə yetirməkdə ixtiyarlıdır. Amma əgər namazı tamam, yaxud qəsr qılmaq kimi ixtilaflı hallarda təklifinə icmali elmi olsa, yaxud icmalı höccət bərqərar olsa, ehtiyat-vacibə əsasən hər iki fətvaya riayət etməlidir. Məsələnin əvvəlində gələn təqliddən əsas məqsəd, müctəhidin fətvasına əməl etmək deyil, müqəllid üçün müəyyən bir müctəhidin fətvalarına əməl etməyə iltizamlı olmasından ibarətdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.8

 

 

В этом разделе