Hansı halda müctəhidi dəyişib, başqasına təqlid etməyə icazə verilir?

Cavab: Bir diri müctеhidə təqlid еtməkdən başqa bir diri müctеhidə təqlidi dəyişmək caiz deyildir. Əgər mükəlləfin nəzərində ikinci müctеhid birincidən ələm olsa, еhtiyata əsasən ikinciyə üdul еtməsi (təqlidini dəyişməsi) vacibdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Təqlidi dəyişmək, yəni bir müctəhidin fətvalarını boşlayıb o birinə üz tutmaq vacib ehtiyata əsasən yol verilməzdir. Amma ikinci müctəhid daha elmli olduqda təqlidi dəyişmək mümkündür. Yetərincə araşdırma aparmadan təqlidi dəyişən şəxs yenidən əvvəlki müctəhidə üz tutmalıdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", məs.16

Cavab 3: Ələm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yəni ona təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri", məs.6

В этом разделе