Cavab 1: Təqlid etdiyi müctəhidin fətvası aşağıdakı dörd yolla əldə edə bilər:
1. Müctəhidin özündən eşitməklə;
2. İki və hətta bir adil şəxsin şəhadət verməsilə;
3. Sözünə etibar olunan bir şəxsin söyləməsilə;
4. Müctəhidin xətasız və inanılan risaləsindən oxumaqla.
Ayətullahul-uzma Seyid Əli Xamaneyi, "Şəri suallara cavablar", c 1., s.24
Cavab 2: Mərcеyi-təqlidin fətvasını əldə еtmək üçün mövcud olan yollar aşağıdakılardır:
1. Müctəhidin özündən eşitmək.
2. Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək.
3. Sözünə inanılmış bir şəxsdən eşitmək.
4. Düzlüyünə əmin olunduğu halda müctəhidin risaləsində görmək.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.5
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.4
Cavab 3: Müctəhidin fətvasını öyrənməyin bir neçə yolu var:
1) Müctəhidin özündən eşitmək və onun əlyazmasını görmək;
2) Etibarlı sayılan risalədə görmək;
3) Etibarlı bir şəxsdən eşitmək;
4) Fətvanın xalq arasında xatircəmliyə səbəb olacaq qədər məşhur olması.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", məs.7