Təqlid şərtlərinə malik olan müctəhid hansı xüsusiyyətləri daşımalıdır?

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۚ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ

"(Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də (mələklər, qadınlar və cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun" ("Nəhl", 43)

İmam Cəfər Sadiq (ə) buyurur: "Fəqihlər arasında kim özünü (haramlardan) qoruyarsa, dinini bilərsə, həvayi-nəfsinə müxalif olarsa, və Rəbbinin əmrlərinə itaət edərsə, insanlar ona təqlid etməlidirlər" ("Vəsailuş-şiə",c.27,həd. 33401)

Cavab 1: Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, dünya malına həris olmayan və adil olmalıdır. Diri və ələm olması da vacib ehtiyatdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri",dərs 2

Cavab 2: Təqlid ediləsi müctəhid kişi, aqil, on iki imamçı şiə, halalzadə, diri, ədalətli, ələm və vacib ehtiyata görə həddi-buluğa çatmış olmalıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2

Cavab 3: Təqlid edilən müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, on iki imamçı şiə, halal yolla doğulmuş (halalzadə), ələm, həmçinin vacib ehtiyata əsasən, ədalətli və diri olmalıdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.3

Cavab 4: Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, on iki imam (ələyhimus-səlam) şiəsi, halalzadə, diri, adil və ələm olmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2

 

 

В этом разделе