Təqliddə mərcеnin ələm (daha elmli) olması şərtdirmi?

Bəşir əd-Dəhan İmam Cəfər Sadiqdən (ə) nəql edir: "Ey Bəşir! Bizim dostlarımızdan dində dərin düşüncə və qavrayış sahibi olmayan kəsdə xeyir yoxdur! Bizdən olan bir kəs dində dərin düşüncəyə malik olmadıqca, onlara (müxaliflərə) möhtac olar. Onlara möhtac olduqda isə onu xəbəri belə olmadan öz azğınlıq qapılarından içəri salarlar" ("Kafi",c.1,hədis 49)

Cavab 1: Vacib ehtiyata əsasən, təqlid olunan müctəhid ələm olmalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.15

Ayətullahul-uzma Şeyx Safi Qolpayqani, "Tovzihul-məsail",məs.2

Cavab 2: Təqlid olunan müctəhid ələm olmalıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail,",məs.2

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.2

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.4

Ayətullahul-uzma Şeyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2

 

 

В этом разделе