Aşura günü oruc tutmağın hökmü nədir?

»»

Aşura günü oruc tutmağın hökmü nədir?

İslami kitab və mənbələrdə bu mətləbə işarə edən bir çox rəvayətlər mövcuddur ki, Ramazan ayının orucunun vacib olması ilə Aşura gününün orucunu vaciblikdən çıxarmış, onun tərkini daha münasib bilmişdir. Bu mətləbi və Aşura gününün orucunun İslamda yerini daha yaxşı bəyan etmək üçün Məsum İmamlardan (ə) bir neçə rəvayətə işarə edib, daha çox araşdıranlar üçün hədis kitablarına müraciət etmələrini xahiş edirik.

Səhih rəvayətdə Məhəmməd ibn Müslim və Zürarə ibn Əyun İmam Baqirdən (ə) Aşura günü oruc tutmaq barədə soruşurlar. Həzrət (ə) onların cavabında buyurur:

.كان صومه قبل شهر رمضان، فلما نزل شهر رمضان ترك.

"Ramazan ayının orucu vacib olmamışdan qabaq Aşura günü oruc tutmaq vacib idi, lakin Ramazan ayının orucu vacib olan kimi Aşura orucu tərk olundu" ("Mən la yəhzurul-fəqih",c.2,s.51).

Digər rəvayətdə ravi deyir ki, İmam Baqirdən (ə) Aşura gününün orucu barəsində soruşdum. Həzrət buyurdu:

صوم متروك بنزول شهر رمضان، والمتروك بدعة.

"Ramazan ayının vacib olması ilə tərk olunan bir orucdur. Tərk olunmuş orucu tutmaq da bidətdir" ("əl-Kafi",c.4,s.146,h.4).

Başqa bir rəvayətdə Aşura orucu barəsində İmam Sadiqdən (ə) soruşarkən belə buyurur:

ذاك يوم قتل فيه الحسين عليه السلام، فإن كنت شامتا فصم. ثم قال: إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا، ويفرحون أولادهم، فصارت في آل أبي سفيان سنّة إلى اليوم في الناس، واقتدى بهم الناس جميعا، فلذلك يصومونه ويدخلون على عيالاتهم وأهاليهم الفرح ذلك اليوم. ثم قال: إن الصوم لا يكون للمصيبة، ولا يكون إلا شكرا للسلامة، وإن الحسين عليه السلام أصيب، فإن كنت ممن أصبت به فلا تصم، وإن كنت شامتا ممن سرك سلامة بني أمية فصم شكرا لله تعالى.

"Aşura günü İmam Hüseynin (ə) şəhadətə çatdığı gündür. Əgər İmam Hüseynə (ə) şəmatət (Onun (ə) başına gələnlərə sevinc izhar) etmək istəyirsənsə, Aşura günü oruc tut. Bəni-Üməyyə (l.ə) və onlara kömək edənlər İmam Hüseynin (ə) öldürülməsinə belə nəzir etdilər ki, əgər Hüseyn (ə) öldürülsə, Hüseynə (ə) qarşı olan şəxslər salamat qalsa və xilafət məqamı Əbu Süfyan (l.ə) ailəsinin nəsibi olarsa, Aşura gününü özləri üçün bayram qərar verərək o günü şükranlıq üçün oruc tutsunlar. Buna görə də bu iş bu günə qədər insanlar arasında sünnə olaraq qaldı. İnsanlar ümumi şəkildə onlara iqtida etdilər. Bəli, elə buna görə də Aşura gününü oruc tuturlar və bu gündə öz ailələrini sevindirirlər. Sonra Həzrət (ə) buyurdu: Bəli bu günün orucu müsibət üçün deyil, çünki Bəni-Üməyyənin salamatçılığı üçün olan  şükranlıqdır. İmam Hüseyn (ə) bu gün müsibət görübdür. Əgər sən də müsibət görmüsənsə, bu günü oruc tutma. Əgər Əhli-beytə (ə) şəmatət etmək istəyirsənsə və Bəni-Üməyyənin salamatlığından razısansa, onda bu günü oruc tut" ("Əmali",s.667).

Digər rəvayətdə Zeyd ən-Nərsi Zürarədən belə nəql edir:

 

عن زيد النرسي قال: سمعت عبيد بن زرارة يسأل أبا عبد الله عليه السلام عن صوم يوم عاشورا فقال: من صامه كان حظه من صيام ذلك اليوم حظ ابن مرجانة وآل زياد. قال: قلت: وما كان حظهم من ذلك اليوم؟ قال: النار أعاذنا الله من النار ومن عمل يقرب من النار.

Zeyd ən-Nərsi deyir ki, Ubeyd ibn Zürarənin İmam Sadiqdən Aşura orucu haqqında soruşduğunu eşitdim. Həzrət (ə) belə buyurdu: "Hər kəs bu gün oruc tutsa, İbn Mərcanə və Ali-Ziyadın apardığı bəhrəni aparar". Dedim: "Onlar bu gün nə bəhrə aparıblar?". Buyurdu: "Cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən Allaha pənah aparıram" ("əl-Kafi",c.4,s.147; "ət-Təhzib",c.4,s.301; "əl-İstisbar",c.2,s.135).

 

 

محمد بن يعقوب عن الحسين بن علي الهاشمي عن محمد بن الحسين عن محمد بن سنان (عن أبان عن عبد الملك) قال: سألت أبا عبد الله عليه السلام عن صوم تاسوعاء وعاشوراء من شهر المحرم؟ فقال:... ما هو يوم صوم. وما هو إلا يوم حزن ومصيبة دخلت على أهل السماء وأهل الأرض وجميع المؤمنين. ويوم فرح وسرور لابن مرجانة وآل زياد وأهل الشام. غضب الله عليهم وعلى ذرياتهم

Məhəmməd ibn Sinan deyir ki, İmam Sadiqdən (ə) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə) belə buyurdu: «Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali-Ziyad və Şam camaatının isə sevinc günləridir» ("Vəsailüş-şiə",c.10,s.460).

 

 

 

 

 

Рейтинг

В этом разделе